Putindən Trampa dostluq mesajı – Hiyləgər gediş

 
Putin Obamanı Rusiyaya dəvət etməklə çox hiyləgər gediş edib.
 
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. Ekspert Perunun paytaxtı Limada başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində Obama ilə ayaqüstü söhbət edən Putinin Ağ Ev sahibini Rusiyaya dəvət etməsini belə izah edib:
 
“Obama təxminən iki ay sonra Ağ Evi tərk edir. Eyni zamanda, Putinin Obama ilə arası yoxdur, imkan düşən kimi onun ünvanına mesajlar, açıqlamalar göndərir, onu heç bir vədini yerinə yetirməməkdə ittiham edir. Ancaq Putin Obamanı Rusiyaya dəvət etməklə, çox hiyləgər gediş edib. Aydındır ki, Obama Moskvaya səfər etməyəcək, bu, onun prinsiplərinə zidd olardı. Ortada Ukrayna və Suriya kimi anlaşmazlıqlar var. Sadəcə, Putin rəqibinin onsuz da Moskvaya gəlməyəcəyini bilərək, əslində, bu yolla Ağ Evin gələcək sahibi Donald Trampa mesaj göndərir”.
 
Qeyd edək ki, Perunun paytaxtı Limada başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEK) sammiti çərçivəsində Barak Obama ilə Vladimir Putin arasında qısa görüş olub. Putin amerikalı həmkarını Rusiyaya dəvət edib.