Putindən sürpriz təklif: "Bax, buna ehtiyac var"

 
Tənəzzülə uğrayan Yaxın Şərqin yenidən ayağa qalxması üçün Rusiya lideri Vladimir Putin gözlənilməz təkliflə çıxış edib.
 
Axar.az xəbər verir ki, Putin II Dünya müharibəsindən sonra ABŞ-ın tətbiq etdiyi Marşal planından danışıb.
 
"Yaxın Şərqdə baş verən genişmiqyaslı dağıntılar uzunmüddətli və əhatəli proqramlar həyata keçirilməsini tələb edir. Regionda yenidən canlanma və inkişaf üçün müasir Marşal planına ehtiyac var", - Putin söyləyib.