​Putindən Ərdoğana məktub: “Hazırıq...”

 
Rusiya Prezidenti Vladimir Putin Qaziantepdə 50 nəfərin ölümünə səbəb olan terrora görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
 
Axar.az xəbər verir ki, Putin Türkiyə prezidentinə göndərdiyi məktubda dünya ictimaiyyətinin terrora qarşı birləşməli olduğunu bildirib. O, Türkiyə ilə hər zaman terrora qarşı birlikdə mübarizə aparmağa hazır olduqlarını qeyd edib.
 
Rusiya prezidenti həmçinin qanlı hadisədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
 
Xatırladaq ki, Türkiyənin Qaziantep şəhərində törədilmiş terakt nəticəsində 50 nəfər həyatını itirib.