​ Putindən Ərdoğana ABŞ-ı oyundan çıxaracaq TƏKLİF

Baxış sayı: 
191

Rusiya prezidenti Vladimir Putin Suriyada müxalifət və rejim güclərini bir araya gətirəcək Suriya Milli Dialoq Konqresinə PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) qatılmasını istəməyən Ankaraya “PYD-yə daxil olmayan kürdlər” formulunu təklif edib.
Publika.az xəbər verir ki, bu haqda “Deutsche Welle” (DW) telekanalının türk xidmətinin diplomatik mənbələrdən əldə etdiyi məlumatda deyilir.
Türkiyədəki diplomatik mənbələrə görə, Ankara bu formula müsbət baxır. Suriya Milli Dialoq Konqresinə PYD istisna olmaqla, digər kürdlərin qatılması mövzusunda Ərdoğan ilə Putinin həmfikir olduğu bildirilir. Həmçinin qeyd edilir ki, Putin Suriya Milli Dialoq Konqresini toplamaq üçün Ərdoğanla Suriya lideri Bəşər Əsəd arasında “moderator” rolunu üzərinə götürüb.
Diplomatik mənbələr bildirir ki, Putin Türkiyənin Afrində planlaşdırdığı əməliyyatda Rusiyadan dəstək alacağı barədə mesaj verib.
Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) əməkdaşı, Suriya üzrə mütəxəssisi Oytun Orhanın sözlərinə görə, Putin siyasi həll üçün Türkiyə, İran və Suriya arasında bir razılaşmanı təmin etməyə çalışır.
“Suriyadakı bütün tərəflərin konqresdə təmsil olunması üçün Putinin Türkiyəyə ehtiyacı var. Çünki Türkiyənin Suriya müxalifəti üzərində güclü təsiri var. Putin Türkiyə ilə Suriya arasında açıq şəkildə koordinasiyanı həyata keçirir. Bu koordinasiyanın müsbət nəticələrini almaq üçün həm Əsəd, həm də Ərdoğanla tez-tez görüşür”, - o bildirib.
Oytun Orhan hesab edir ki, Putinin Suriyadakı Rusiya güclərinin yalnız Xmeymin və Tartus bazalarında qalacağı barədə bəyanat verməsi Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır:
“Deməli, Rusiya Afrindən çəkilə bilər. Bununla da, Türkiyənin Afrinə müdaxiləsinin önü açılır. Görünür, Putin Suriyada Türkiyəsiz nizam qurulmasının mümkünsüz olduğunu Əsədə də izah edib və buna görə də Türkiyəni razı salacaq bəyanatlar verir”.
Siyasi ekspertin sözlərinə görə, Suriyadakı bütün bu proseslər ABŞ-a qarşı regional əməkdaşlıq anlamına gəlir:
“Hədəf PKK və ABŞ-ın Suriyadan çıxarılmasıdır. Bu mərhələdə Suriyanın mərkəz hökuməti ilə koordinasiyadan danışmaq olaq. Tamamilə yeni və sürpriz danışıqlar olacaq”.
Ömər Dağlı

Загрузка...
Загрузка...