Putindən qorxmağın 8 əsas səbəbi...

 
 
Rusiyada prezident seçkilərinə 3 aydan bir az çox qalıb. Indiki prezidentin yenidən dövlət başçısı seçilməsi yəqin ki, heç kimdə şübhə yaratmır. 19 illik (baş nazir olanda da faktiki ölkənin Putin tərəfindən idarə olunduğu məlum məsələ idi) hakimiyyət dövrünə yenidən nəzər salmaq, Putin şəxsiyyətinin xarakterik tərəflərini bir daha göstərmək Azərbaycanda da hər kəs üçün maraqlı ola bilər.
 
Bu marağı nəzərə alıb Moderator.az Brayan Qlin Uilyams və Stiven Orlando Matteonun maraqlı bir təhqiqatını nəzərinizə çatdırır (müəlliflər haqqında yazının sonunda məlumat veriəcək)
 
“Donald Tramp bildirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti də daxil olmaqla, özünün təyin etdiyi adamların rəhbərlik etdiyi 17 Amerika kəşfiyyat sisteminin Rusiyanın bizim demokratiyanın əsaslarını darmadağın etmək məqsədilə 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyi barədə gəldikləri yekdil rəyə inanmır. Trampın “heç olmasa nəyəsə baxmaq” qabiliyyəti olmadığından, keçmiş KQB işçisinin alçaq niyyətlərindən söhbət düşəndə, öz ölkəsinin kəşfiyyat sisteminin minlərlə əməkdaşlarının gəldiyi nəticəyə inanmaq əvəzinə, onun sözünə inanmağa hazır olması, belə izah olunur ki, bu adam öz uğurunun hətta bir hissəsini kənardan olan irimiqyaslı müdaxilnin ayağına yazmaq istəmir.
 
Bütün bu məsələlər Stilin dosyesində deyildiyi kimi, mümkün şantaj qarşısında Trampın zəifliyi, həm də Rusiya ilə mürəkkəb maliyyə əlaqələri kimi izah olunur. Bundan başqa, Tramp sadəlövhcəsinə inanar ki, rus avtokratla “bazarlığa” getməyə nail olar.
 
Amma, Trampın Amerika kəşfiyyatının gəldiyi nəticələri vecinə almamağa hazır olması həm də onunla izah oluna bilər ki, Putinin öz ölkəsində genosid törətməsi haqqında, Rusiyada demokratiyanın kökünü kəsməsi haqqında, müsəlman ölkələrində dinc əhalinin olduğu şəhərləri dağıtmaq haqqında, NATO üzvlərini qorxutmaq haqqında, xaricdə yaşayan rəqiblərini qətlə yetirmək haqqında ona heç nə məlum deyil.
 
Putinin həqiqi təbiəti haqqında qısa xatırlatma imkan verər ki, Tramp özünün idealist səylərilə narahat keçmişi məhv etməklə, Konqresin Putinə sanksiya tətbiq etməsinə mane olmaqla necə böyük yanlışlığa yol verir və on illərdir ki, Amerikanın təsirini zəiflətməyə çalışan bir adam üzərində hansısa formada üstünlük qazanmasına inanır.
 
Aşağıda, Tramp da daxil olmaqla bütün amerikalıların Rusiyadan və onun avtokratik liderindən qorxmağının səkkiz səbəbi göstərilib. Məhz bu səbəblərə görə, Konqresin bu yaxınlarda qəbul etdiyi sərt sanksiyalarla Amerika Putini cəzalandırmaqda davam etməlidir.
1.Putin mənfi imicli KQB-nin əməkdaşı olub.
 
Əgər kimsə yadından çıxarıb ki, KQB necə bir amansız təşkilat olub, xatırladırıq ki, KQB (NKVD nəzərdə tutulur) milyonlarla insanın ölümündə, həbsində məsuliyyət daşıyır. Onu da xatırlatmaq yerinə düşər ki, KQB buzlaşmış Sibir çöllərində QULAQ adlanan həbsxana düşərgələri sisteminə cavabdeh olub.
 
Hakimiyyətə yaramayan milyonlarla sovet vətəndaşlarını – xristianları, varlı adamları, “burjaziya parazitləri”, “təxribatçı ünsürlər”, “yəhudi kapitalistlər” adlandırıb QULAQ-a göndəriilib, ya da güllələnib. Bundan başqa, “cəzalandırılmış xalqlar” dediklərinin nümayəndələri (yəni çeçenlər, krım tatarları, Volqaboyu almanları, kalmık monqolları və başqa xalqlar) kütləvi deportasiyaya məruz qalıb. Onları mal-qara üçün olan vaqonlara Sibirə daşıyıblar və yüz minlərlə insan sözün əsl mənasında gizli genosidlə məhv edilib.
 
Putin KQB-də xidmət edib və Ronald Reyqanın “şər imperiyası” adlandırdığı SSRİ-nin dağılmasına açıq təəssüfünü bildirib. Şübhəsiz ki, o illər Putinin dünyagörüşünə ciddi şəkildə təsir edib. Putinin dövründə də KQB-nin bir çox ənənəsi saxlanılıb. Hesab olunur ki, 2004-cü ildə FTX demokratik yolla seçilən Yuşşenkonu dioksinlə zəhərləyib, onu Amerika və Avropa ilə yaxınlıq etdiyinə görə üzünü eybəcər vəziyyətə salmaqla cəzalandırıb.
 
Amma Yuşşenkonun rus dissident, 2010-cu ildə Londondan siyasi sığınacaq alan və radioaktiv poloni ilə zəhərlənən Aleksandr Litvinenko ilə müqayisədə bəxti gətirib. Bu insident Moskva və London arasında ciddi diplomatik konfliktə səbəb oldu və göstərdi ki, Putin Böyük Britaniya kimi ABŞ-ın əsas müttəfiqinin suverenliyinə də hörmət etmir.
 
Rusiyanın müxalifət liderlərini və disidentlərini susmağa məcbur etmək üçün FTX Qətərdən tutmuş Avstriyaya qədər onları öldürtdürüb. Daha pisi odur ki, Pentaqon o nəticəyə gəlib ki, Tramp Talibanın əzmək üçün kampaniyanı genişləndirdiyi bir vaxtda, FTX və QRU (Rusiya hərbi kəşfiyyatı) Əfqanıstanın şimalına talibanlar üçün silah göndərib.
 
2. Putin hakimiyyətə yalanla gəlib.
 
1990-cı illərdə Boris Yeltsinin zamanında Rusiyada demokratiya və mətbuat azadlığı çiçəklənirdi. AmmaYeltsin 1860-cı ildə torpaqlarını işğal edən Rusiyadan ayrılıb müstəqil olmaq istəyən çeçenlərin hərəkatı ilə toqquşdu. 1994-95-ci illərdə çeçenlər bu müharibəni uddular və bu Rusiyanın daxilində sərt siyasət aparmağın tərəfdarlarını qisas almağa sövq etdi və onlar buna and içdilər. Belələrindən biri buz baxışlı, Vladimir Putin adlı KQB-çi idi. Rusiya cəmiyyəti Putin haqqında heç nə bilmirdi, ona görə də zənn edirdilər ki, o da hakimiyyətdə çox qalmaz. Daha bilmirdilər ki, o ilk növbədə rusları, həm də bəşəriyyəti hansı təhlükəyə gətirib çıxaracaq.
 
1999-cu ilin oktyabrında Moskvada və Rusiyanın başqa şəhərlərində bir neçə böyük terror hadisələri baş verdi və nəticədə öz mənzillərində 300-dən çox adam həlak oldu. Hələ rəsmi təhqiqat başlamazdan əvvəl baş nazir Putin bütün baş verənlərdə çeçenləri ittiham etdi. Öz respublikasından kənarda yaşayan minlərlə çeçen kütləvi reydlər zamanı həbs edildi. Putin yenidən Çeçenistanın üstünə getmək üçün qoşunu topladı. Hamı bu tanınmayan KQB işçisi haqqında danışmağa başladı.
 
Putin qətliamlara hazırlaşırdı..
 
(Ardı var)

Загрузка...
Загрузка...