Putindən Ollanda sərt cavab: səfər ləğv edildi

 
Rusiya Prezidenti Vladimir Putin Fransaya səfərini ləğv edib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
 
Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Fransua Olland oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putini Parisdə qəbul etmək qərarından peşman olduğunu dilə gətirmişdi. Rusiyanın Hələb şəhərindəki qarşıdurmanın dayandırılmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının qərar layihəsinə veto qoymasından sonra Olland bu görüşün nəyisə dəyişəcəyinə şübhə etdiyini də açıqlamışdı.