Putindən Olland və Merkeldən nəyi xahiş etdi?

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və fransalı həmkarı Fransua Ollandla telefon əlaqəsi saxlayıb.
 Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat verib.
 Danışıqlar zamanı Ukraynadakı vəziyyət əsas müzakirə məsələsi olub: "Putin almaniyalı və fransalı liderlərə Kiyevin Minsk öhdəliklərini yerinə yetirmədiyini bildirib və onları Varşavada Petro Poroşenko ilə görüşlər zamanı bu məsələni müzakirə etməyə çağırıb".