Putindən Medvedevə ad günü hədiyyəsi - VİDEO

 
Sentyabrın 14-də Rusiya baş naziri Dmitri Medvedevin 51 yaşı tamam olub.
 
Qafqazinfo.az "İnterfaks"a istinadən xəbər verir ki, prezident Vladimir Putin sentyabrın 15-də Dövlət Şurasının Rəyasət Heyətinin Krımla bağlı məsələlərə həsr olunmuş iclasında Medvedevi şəxsən təbrik edərək ona hədiyyə təqdim edib.
 
Putin Medvedevi ad günündə telefon vasitəsilə təbrik etdiyini xatırladaraq bu gün də üz-üzə təbrik etmək istədiyini bildirib: "Bu gün mən təbrikimi şəxsən çatdırmaq və sizin adınızdan ona belə bir hədiyyə vermək istədim. Bu, Dmitri Anatolyeviçin məşğuliyyət sahəsi ilə bağlıdır. Şəkil "Emalatxanada" adlanır".