​Putindən gözlənilməz Hələb təlimatı

 
Rusiya Hələb şəhərindəki müxaliflərə xəbərdarlıq edib.
 
Axar.az xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib.
 
Onun sözlərinə görə, müxaliflərə noyabrın 4-də saat 09:00-dan 19:00-a kimi şəhəri silahları ilə birgə tərk etmək barədə xəbərdarlıq olunub. General müxalif qüvvələrin bu təklifi qəbul etdiyini bildirib:
 
“Bütün terrorçu liderlərə səslənərək şəhəri tərk etmələri ilə bağlı xəbərdarlıq etdik. İki dəhliz yaradılacaq. Biri Türkiyə-Suriya sərhədində, digəri isə İdlib istiqamətində olacaq. Cümə günü dinc sakinlərin şəhərdən çıxarılması üçün 6 əlavə dəhliz açılacaq”.