Putindən dünyaya ÇAĞIRIŞ: “Bu Müqaviləyə qoşulun”

Rusiya prezidenti Vladimir Putin dünya dövlətlərini Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqaviləyə qoşulmağa çağırıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kreml başçısı bəzi ölkələrin bundan imtina etməsini tənqid edib. 
“Bəzi dövlətlərin bu Müqavilənin dəyərli iştirakçı olmaq istəməməsi ciddi şəkildə təəssüf doğurur.
Xüsusən nəzərə almaq lazımdır ki, onlardan bəziləri liderliyə iddialıdırlar və qlobal təhlükəsizlik məsələlərin həllində xüsusi səlahiyyətə malik deyillər”. 
Putinin sözlərinə görə, həmin dövlətlərin rəhbərləri real siyasi iradə ortaya qoymalıdır.