​Putindən Azərbaycanın iş adamalarına - Müraciət

 
Dövlət orqanlarının, biznes strukturlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, ekspert dairələrinin nümayəndələrini birləşdirən Rusiya-Azərbaycan regionlararası forumu Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafında mühüm rol oynayır və ikitərəfli əməkdaşlığın ciddi potensialının effektiv şəkildə reallaşdırılmasına xidmət edir.
 
Teleqraf.com-un məlumatına görə, bu barədə prezident Vladimir Putinin Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətində deyilir.
 
Müraciətdə qeyd olunur: “Siz sənaye və kənd təsərrüfatı, səhiyyə və əczaçılıq sahələrində qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi məsələsini nəzərdən keçirməli, turist axınını və gənclər arasında mübadilənin artırılması imkanlarını müzakirə etməli və təhsil, elm və idmanla bağlı maraqlı layihələr təqdim etməlisiniz. Əminəm ki, açıq konstruktiv müzakirələr zaman hazırlanacaq qərarlar və töhfələr təcrübədə də istifadə olunacaq. Sizə səmərəli ünsiyyət, qoyulan məqsədlərə çatmağı və uğurlar arzu edirəm”.

 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...