Putin Türkiyəyə güzəştə getməyəcək

Rusiya Prezidenti Vladimir Putin Türkiyə vətəndaşları üçün vizasız gediş-gəliş rejimini tətbiq etməyəcək.
 Axar.az xəbər verir ki, bu barədə “Vedemosti” qəzeti məlumat yayıb.
 Məlumata görə, Rusiya lideri Xarici İşlər Nazirliyində səfirlərlə mətbuata qapalı keçirilən görüşü zamanı Türkiyə ilə ikili əlaqələrə toxunub.
 Putin bildirib ki, Türkiyə vətəndaşları Rusiyaya vizasız gediş-gəliş əldə edə bilməyəcək.
 Qəzetin iddiasına görə, Kreml rəhbəri bunu ölkənin təhlükəsizliyi ilə əlaqələndirib.