Putin ''Türkiyəni dəstəkləyirik'' dedi

Rusiya prezidenti  Vladimir Putin uzun zamandan sonra, bir ilkə  imza ataraq Türkiyə ilə İsrail arasındakı danışıqları dəstəklədiklərini açıqlayıb.
 Avropa.info xəbər verir ki, Putin  iki ölkə arasında münasibətlərin düzəldilməsini dəstəklədiklərini deyib.
 Putin bu sözləri  ilə ilk dəfə Türkiyə-İsrail münasibətlərinin düzəlməsinə dəstək vermiş olub. Həmçinin, təyyarə olayından sonra, ilk dəfə Türkiyənin atdığı hər hansısa bir addımı dəstəkləyib.
 Qeyd edək ki,  Türkiyə  xarici işlər Naziri Mövlud Çavuşoğlu, İsrail ilə Mavi Mərmərə  olayından sonra gərginləşən münasibətlərin normallaşması üçün aparılan danışıqların davam etdiyini açıqlayıb.