Putin Trampı təriflədi - “Ağıllı insandır”

 
 
“ABŞ-ın 45-ci prezidenti Donald Tramp yeni postunun məsuliyyətini tez və şüurlu şəkildə dərk edəcək”.
 
Qafqazinfo “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “NTV” kanalında yayımlanan “Həftənin nəticələri” proqramında çıxışı zamanı bildirib
 
Putinin sözlərinə görə, Trampın biznesdə uğur əldə etməsi onun ağıllı insan olduğuna dəlalət edir: “O, ağıllı olduğuna görə öz işinin öhdəsindən də asanlıqla gələcək”.
 
Qeyd edək ki, Donald Tramp 2017-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra prezidentlik fəaliyyətinə başlayacaq.

Загрузка...
Загрузка...