“Putin telefonda mənə seks təklif etsə...”

 
 
Kiyevdə “ 112 Ukrayna” kanalına geniş müsahibə verən Ukrayna parlamentinin deputatı Nadejda Savçenko maraqlı, standart olmayan fikirlərilə çox diqqət çəkib. Kanalın baş redaktoru Alisa Batsmana verdiyi müsahibədə xanım deputat Ukrayna siyasətinin indiki vəziyyəti ilə əlaqədar  çox danışsa da, şəxsi həyatı ilə bağlı suallara cavabında senssasiya yardacaq açıqlamlar da verib.
 
Moderator.az  “Gordon” nəşrinə istinadən müsahibədən kiçik, lakin maraqlı bir hissəni oxucuların nəzərinə çatdırır.
 
-Nadejda, sənin çox rəngarəng bioqrafiyan var. Məsələn, sən telefonda seksdən pul qazanmısan. Bu təcrübədən  sonra  sən ukraynalı kişilər haqqında hansı nəticələrə gəldin, onlar daha çox nəyə üstünlük verir,  o cümlədən intim əlaqədə?
 
Mənim kişilərə münasibətim heç dəyişmədi. Bu iş də adi bir işdir, telefon operatoru kimi. Kim necə qəbul edir.., məsələn kimsə xoş olmayan lətifədən qızara bilər...
 
 
 
-Amma, sən qızarmırdın?
 
Yox, mənim xarakterim belədir, utanmırdım. Mənim kişi tanışlarım-dostlarım çoxdur. Amma, o işdə adamları psixoloji cəhətdən fərqləndirməyi öyrəndim.
 
-Hansısa standart kəlmələrlə, hə?
 
 Təkcə onunla yox. O işdə bir şeyi bilmək lazımdır: müştəri pulludur, yoxsa yox.
 
-Hiss edirəm ki, keçmişi müzakirə etməyi sevmirsən, yaxşı pullu müştəri deyirsən, bax çox pullu bir müştəri var-Putin. O sənə zəng edib telefon seksi təklif etsə nə cavab verərsən?
 
Birincisi, mən bilməzdim ki, zəng edən Putindir, o da bilməzdi ki, mənə zəng edir. Bilirsiniz, bu əlaqə real əlaqə deyil, ona görə də, prinsipcə mən onun təklifini qəbul edib, öz işimi yerinə yetirərdim.

Загрузка...
Загрузка...