Putin SSRİ-nin ən böyük hərbi bazasına qayıdır

Vyetnam Rusiyanın Kamran hərbi bazasına qayıtmasının əleyhinə deyil.
 Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vyetnamın Rusiyadakı səfiri Nquen Txan Şon söyləyib. Onun sözlərinə görə, bu baza üçüncü ölkəyə qarşı yönəlməməlidir.
 O, Vyetnamın heç bir ölkə ilə hərbi ittifaqda olmadığını deyib.
 Qeyd edək ki, Kamran bazası SSRİ-nin xaricdəki ən böyük hərbi obyektlərindən biri olub. Moskva buraya 1979-cu ildə yiyələnib. Tərəflər arasında bazanın istifadəsi ilə bağlı 25 illik müqavilə imzalanıb. Lakin Rusiya 2001-ci ildə bu bazanı tərk edib.