​Putin sensasiyalı səfərə hazırlaşır

 
Rusiya Prezidenti Vladimir Putinin Berlinə səfər edəcəyini Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib.
 
Axar.az xəbər verir ki, Qərb mediası Putinin Normand dördlüyünün görüşü üçün Almaniyaya yollanmasını sensasiya adlandırıb.
 
“Bu balaca siyasi sensasiyadır: Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putini Suriyadakı böhranı və Ukraynanı müzakirə etmək üçün Almaniyaya çağırıb” – deyə Haffinqton Post nəşri yazır.
 
Deuç Vell nəşri bu hadisəni Almaniya kanslerinin uğuru adlandırıb:
 
“Putinin Almaniyaya səfəri qəbul etməsi çox gözlənilməz idi. Normand dördlüyü liderlərinin Berlinə yığışmasını kanslerin uğuru kimi qiymətləndirmək lazımdır”.