Putin Rusiyanın əsas gücünü açıqladı

 
Rusiya Federasiyası Prezidenti Vladimir Putin Dövlət Dumasının yeddinci çağırışının ilk iclası zamanı Rusiyanın əsas gücünün nədən ibarət olduğunu açıqlayıb.
 
Axar.az RİA-ya istinadən xəbər verir ki, Putin hər bir dövlətin güclü olmağa layiq olduğunu deyib:
 
“Güclü olmaq hər bir dövlətin hüququdur. Bizim gücümüz daxilimizdədir –insanlarımızda, adət-ənənələrimiz və mədəniyyətimizdə, iqtisadiyyatımızda,  böyük ərazilərimizdə və təbii sərvətlərimizdə, xalqımızın daxilindədir”.