Putin Rusiyanı müsəlmanların etibarlı müttəfiqi adlandırdı

İslam dünyası hər zaman Rusiyanın simasında ümdə problemlərin həllində yardım göstərə biləcək müttəfiq görə bilər.
RİA Novosti xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rusiya-islam dünyası” strateji baxış qrupunun iclasının iştirakçılarına bildirib.
“İslam dünyası hər zaman Rusiyanın simasında ümdə problemlərin həllində yardım göstərə biləcək müttəfiq görə biləcəyini təsdiqləmək istərdim.
Biz beynəlxalq münasibətlərdə ədalət, ali hüquq prinsiplərinin möhkəmləndirilməsində müsəlman ölkələrinin fəal mövqeyini dəstəkləyirik”, - o deyib.
O həmçinin qrupun bu iclasının Rusiya və müsəlman ölkələri arasında qarşılıqlı etibarın möhkəmləndirilməsinə xidmət edə biləcəyinə ümid edib.