Putin Rusiya yığmasını aşağıladı - ŞOK OLAY

Rusiya prezidenti Vladimir Putin Fransada keçirilən "Avro-2016" çərçivəsində baş tutan Rusiya-Uels oyununu izləməkdən imtina edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib: "Putin yığmanın futbolçularının oyununa baxmaqdansa, "Lenfilm" kinostudiyasında gedən işlərlə maraqlanmağı üstün tutub".
Qeyd edək ki, qrupun sonuncu oyununda Rusiya yığması Uelsə 0:3 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.