Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI

2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif edirdi.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının “Xalq cəbhəsi” fraksiyasının üzvü, parlamentin hüquq-mühafizə fəaliyyətinin qanunverici təminatı məsələləri üzrə komitəsinin katibi Anton Qeraşenko “5 kanal”ın efirində deyib.
“Putin hələ üç il əvvəl Krımdan tam imtina və Rusiyaya qarşı bütün sanksiyaların ləğvinin qarşılığında Donbası qaytarmağı təklif edirdi. Amma bu şərtlər qəbuledilməzdir. Əgər biz Donbasda sülhməramlılardan danışırıqsa, onda orada Rusiya qoşunları olmamalıdır. İkincisi, bununla Rusiya razılaşmalıdır. Mən buna inanmıram”, - Qeraşenko əlavə edib.
Deputat hesab edir ki, Rusiya özü üçün əlverişsiz şərtlərdə Ukraynanın şərqinin işğal edilmiş hissəsinin qaytarılmasına getməyəcək. Onun sözlərinə görə, Donbas Krımın ilhaqının tanınması və sanksiyaların ləğvi üçün Ukrayna və dünya cəmiyyəti ilə ticarət alətidir.
Daha əvvəl Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov bildirib ki, Putin Donbas və Krımla əlaqədar müxtəlif planlara malikdir.
“112 Ukrayna” kanalının “Qordon” proqramının efirində danışan İlya Ponomaryovun sözlərinə görə, Putin Donbasdan tezliklə imtina edəcək və öz qoşunlarını oradan çıxaracaq. Amma Ponomaryov əmindir ki, Kremlin başçısı Krım üçün sona qədər dayanacaq.
“Putin Donbası verəcək. Krımı isə xeyr. Putin Krımı saxlamaq üçün ondan asılı olan hər şeyi edəcək. O, yarımada üçün sona qədər dayanacaq”, - sabiq deputat hesab edir.
O əlavə edib ki, Krımı Ukraynaya yalnız yeni Rusiya hakimiyyəti qaytara bilər.
Ömər Dağlı

Загрузка...
Загрузка...