Putin razılaşdı: Köməkçisi Minskə gedir

Rusiya prezidentinin köməkçisi Vladislav Surkov çərşənbə günü Minskdə ATƏT və Ukrayna nümayəndələri ilə görüşəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
 Peskovun sözlərinə görə, tərəflər görüş barədə razılıq əldə ediblər.
 Minsk görüşündə gündəlikdə Donetskdə polis missiyasının genişləndirilməsi, həmçinin referendumun keçirilməsi məsələsi olacaq.