Putin “Panama sənədləri”dən danışdı

Rusiya prezidenti Vladimir Putinjurnalistlərə adı “Panama sənədləri” də hallanan violonçel ifaçısı və dostu Sergey Rolduqindən danışıb.
Onun sözlərinə görə, musiqiçinin gəliri sənədlərdə göstərildiyindən xeyli çoxdur.
Amma o bu pulların demək olar ki, hamısına musiqi alətləri alaraq Rusiyaya gətirir və dövlət müəssisələrinə bağışlayır:
“O bizim şirkətlərdən birində kiçik səhmdardır və orda hansısa qazancı var.Amma bu əlbətdə milyardlarla dollar deyil.Bu cəfəngiyyatdır, belə bir şey yoxdur.Mən Sergey Pavloviç kimi adamlarla fəxr edirəm, o cümlədən də dostum kimi. O orda qazandığı pulların demək olar ki, hamısına musiqi alətləri alaraq Rusiyaya gətirib”,deyə o vurğulayıb.
Putin deyib ki, Rusiyada nəqədər çox belə adam olsa bir o qədər yaxşıdır.
Fəxr edirəm ki, belə dostum var.
Ofşor zonada korrupsiya ittihamlarına dair sənədlərdə Putin də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin adı hallanır. (azadliq.org)