Putin Narışkinla bağlı qərarı təsdiqlədi

 
Rusiya Prezidenti Vladimir Putin spiker Sergey Narışkinla bağlı fərman imzalayıb.
 
Axar.az RİA-ya istinadən xəbər verir ki, Putinin imzaladığı fərmanda Sergey Narışkinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunduğu bildirilib.
 
Qərarın oktyabrın 5-dən qüvvəyə minəcəyi vurğulanıb.
 
Xatırladaq ki, Puşkov hazırda Xarici Kəşfiyyat Xidmətinin sədri olan Mixail Fradkovun Rusiya Dəmir Yolları Direktorlar Şurasının rəhbəri vəzifəsinə təyin olacağını bildirmişdi.