Putin: ''Mühasirəni yarmağa hazırıq''

Əgər gücümüzü sınamaq istəyənlər olarsa, istənilən mühasirəni yarmağa hazırıq.
 Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin 4-cü Krım enerji xəttinin açılışı zamanı deyib.
 O bildirib ki, yeni xəttin açılışı nəticəsində Krım fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
 Qeyd edək ki, 2015-ci ilin noyabrın 21-də Ukraynanın Xerson bölgəsindəki enerji bloknun partladılması nəticəsində Krım yarımadasına verilən  elektrik enerjisi kəsilmişdi.