Putin məktəblinin cavabına düzəliş etdi - "Rusiyanın sərhədi heç yerdə qurtarmır" - VİDEO

 
Rusiya prezidenti Vladimir Putin uşaqlar üşün keçirilən konfransda  9 yaşlı internet ulduzu Oskirki Miroslava "Rusiyanın sərhədləri harada qurtarır" sualını ünvanlayıb.
 
Oskirinin "Sərhədlərimiz ABŞ tərəfdə, Berinq boğazında qurtarır" cavabı Putini razı salmayıb. Prezident bildirib ki, Rusiyanın sərhədləri heç yerdə qurtarmır.
 
Putinin zarafatla etdiyi bu qeyd Rusiyanın sərhədsiz bir ölkə olduğunu dünyaya çatdırmaq anlamını daşıyır.