Putin Əliyevə gileyləndi

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin azalması müşahidə edilir.
 Axar.az xəbər verir ki, bunu Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib.
 O, həmçinin İlham Əliyevlə görüşü zamanı ikitərəfli əməkdaşlıq sahəsində humanitar aspektləri də müzakirə edəcəklərini bildirib.
 Rusiya lideri Azərbaycanın rus dilinin öyrənilməsinə diqqətlə yanaşdığını, eləcə də ölkədə Rusiya universitetlərinin filiallarının uğurla fəaliyyət göstərdiyini bildirib:
 “Biz bunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu iş bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək”.
 Azərbaycan Prezidenti İlham Əliyev isə iki ölkə arasında ticarət dövriyyəsinin azalmasının müvəqqəti xarakter daşıdığına ümid etdiyini bildirib:
 “Bunun bərpa olunması üçün yollar axtarırıq. Ümid edirəm ki, bu, baş verəcək. Bundan başqa, bizim energetika sferasında da aktiv qarşılıqlı fəaliyyətimiz, nəqliyyat əməkdaşlığında yaxşı perspektivimiz var”.