​Putin hərbi xərclərlə bağlı elə bir lətifə danışdı ki… - Canlı

 
Rusiya Prezidenti Vladimir Putinin 13-cü illik mətbuat konfransı başlayıb.
 
Axar.az xəbər verir ki, Putinin builki mətbuat konfransına 1640 jurnalist qatılıb. Konfransına gələnlər arasında məşhur teleaparıcı Kseniya Sobçak da var.
 
Prezidentliyə namizəd olacağını açıqlayan Sobçak mətbuat konfransını jurnalist kimi izləməyə gəldiyini bildirib.
 
***
 
Putin yenidən prezident olmaq istəməsinin səbəblərini açıqlayıb.
 
“Mən dəfələrlə demişəm ki, Rusiyanı necə görmək istəyirəm. İstəyirəm ki, Rusiyanı müasir, çevik siyasi sistemə malik olsun. Sosial sferaya diqqəti artırmaq, rusiyalıların gəlirlərini çoxaltmaq niyyətindəyəm”.
 
***
 
Putin konfrans zalında sual verən jurnalistin arxasında “Putin, bay-bay” (Əlvida, Putin) ifadəsinin əks edildiyi plakatın olduğuna diqqət çəkib. Əlində plakat tutan tatar jurnalist isə bunun “Putin, bay-bay” yox, tatarca “Putin babay” (Putin baba) olduğunu söyləyib.
 
Bundan sonra jurnalist Putinə tatar dili ilə bağlı sual verib. Putin isə cavabında hər bir xalqın öz dilində təhsil almaq haqqının olduğunu, hökumətin heç nəyi insanlara məcbur etməyəcəyini, bunun Rusiyanın bütövlüyü üçün zərərli olacağını söyləyib.
 
***
 
Putin mətbuat konfransında hərbi xərclərlə bağlı lətifə danışıb. O deyib:
 
Keçmiş zabit oğlunun yanına gəlib soruşur:
 
- Burada xəncər var idi, o haradadır?
 
Oğlu cavab verir:
 
- Onu qonşu həyətdəki oğlanın saatı ilə dəyişmişəm.
 
- Yaxşıdır, amma sabah quldurlar gəlib, məni, ananı, qardaşlarını öldürüb, bacını zorlayanda sən onlara deyəcəksən ki, axşamınız xeyir, Moskva vaxtı ilə saat 12:30-dur?
 
Daha sonra Putin Rusiyanın öz təhlükəsizliyini silahlanma yarışına girmədən də təmin edəcəyini deyib.
 
“Yaxın və orta mənzilli raketlərin ləğvi barədə razılaşmadan çıxmağı düşünmürük. Hərbi xərclərimizi elə müəyyənləşdirmişik ki, həm öz təhlükəsizliyimizi təmin edək, həm iqtisadiyyatımızı dağıtmayaq. ABŞ-ın hərbi xərcləri 700 milyard, bizimki isə 46 milyard dollardır”.
 
***
 
Putin mətbuat konfransında Mixail Saakaşvilidən danışıb.
 
“Saakaşvilinin elədikləri gürcü və ukrayna xalqlarının üzünə tüpürməkdir. O, Gürcüstanın prezidenti olub, indi bütün dünyaya ukraynalı olduğunu deyir. Məgər Ukraynada əsl ukraynalı yoxdur? Buna baxmaq çox ağrılıdır”, - Putin bildirib.
 
Putin daha sonra qeyd edib ki, ruslar və ukraynalılar eyni xalqdır: “Siz bununla razılaşmaya bilərsiniz. Bir zamanlar ukraynalı rusdan heç nə ilə fərqlənməyib. Ukraynaya bütün əraziləri bolşeviklər verib. Sonda Krım da onlara verilib. Sovet hökuməti hədər yerə Krımı Ukraynaya verib, amma krımlılar öz seçimini edib və burada müzakirə ediləsi heç nə yoxdur”.
 
Qeyd edək ki, Putinin mətbuat konfransları 2001-ci ildən bu yana müxtəlif fasilələrlə keçirilir.
 

Загрузка...
Загрузка...