​ “Putin həmin gecə Sarkisyana dedi ki...” - Ermənistan PAYIZI GÖZLƏYİR

 
Ermənistan parlamentinin “Yelk” fraksiyasından olan deputatları payız sessiyasının gedişatında Avrasiya İqtisadi İttifaqından çıxış prosedurunu təklif etməklə hədələyirlər.
Publika.az xəbər verir ki, bu haqda Ermənistanın “Lragir” nəşri yazıb.
Ermənistanın hakim Respublika Partiyasının nümayəndələri də bu müzakirələrdə həvəslə iştirak edirlər, amma hərçənd Avrasiya İqtisadi İttifaqının “alternativsiz” olması əsas dəlil olaraq qalır.
Respublika Partiyasının parlament fraksiyasının lideri Vaqram Baqdasaryan da bildirib ki, Ermənistanda Avrasiya İqtisadi İttifaqından başqa alternativlər yox idi.
Naira Ayrumyan isə hesab edir ki, əslində Ermənistanda alternativ var idi və Azərbaycan kimi bloklara qoşulmamaq prinsipi ilə hərəkət edə bilərdi.
“Amma, görünür ki, 3 sentyabr 2013-cü il gecəsi Serj Sarkisyana (Həmin gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüş keçirilib –red.) dedilər ki, onun alternativi yoxdur. Ermənistan hakimiyyəti deyir ki, ittifaqa girişdən imtina etsəydi, “daha pis olardı”. Amma Rusiya və Ermənistanda iddia edirlər ki, Ermənistan ittifaqa könüllü şəkildə daxil olub və heç bir məcburiyyət yox idi. Hər halda, payızda Ermənistan parlamentində aparılacaq müzakirələr bir nəticəyə mütləq gətirib çıxaracaq: Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulmağa məcbur edilmişdir”.
Erməni şərhçi xatırladır ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları haqqında qanunda Moskvanın dövlətlərin işlərinə müdaxiləsinə aid olan bənd də var. ABŞ-da müdaxiləyə əks-təsir olaraq 250 milyon dollarlıq fond yaradılıb. Ukrayna, Gürcüstan və Moldova bu fondun vəsaitindən yararlana biləcək.
Naira Ayrumyan bildirir ki, Moskvanın Ermənistanın daxili işlərinə müdaxiləsi haqqında hələlik danışmasalar da, payızda parlamentdə aparılacaq müzakirələr müdaxiləni təsdiq edən arqumentləri ortaya çıxara bilər.
Ömər Dağlı

Загрузка...
Загрузка...