Putin hələ belə SƏHV etməmişdi - Kreml ŞOKDA

Baxış sayı: 
103
0  
0  

Kremlin saytında Rusiya prezidenti Vladimir Putinin Krımın Rusiyaya birləşməsi haqqında referenduma aid sitatında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, dəyişikliyə “The Insider” nəşri diqqəti yönəldib.
Qeyd edək ki, iyulun 16-da Helsinkidə Rusiya və ABŞ prezidentlərinin danışıqların yekunları ilə bağlı mətbuat konfransı keçirlib. Putin Krımda 2014-cü ilin martında keçirilən referendumla bağlı danışıb: “Trampın mövqeyi məlumdur. O, Krımın Rusiyaya birləşməsinin qanunsuzluğu haqqında danışır. Bizdə başqa nöqteyi-nəzər var. Hesab edirik ki, biz referendumu beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə ciddi uyğunluqda keçirdik. Rusiya üçün bu məsələ bağlanıb”.
Hazırda mətbuat konfransının düzəliş edilən stenoqramında Vladimir Putinin fikri başqa cür qeyd edilib: “Biz hesab edirik ki, referendumu beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə ciddi uyğunluqda keçirdilər”.
Birinci halda, referendumun Rusiya tərəfindən keçirilməsi yanlışlıqla etiraf edilirdi.
Ömər

Загрузка...
Загрузка...