​Putin hind geyimində: BRICS-in sammiti başladı - FOTO

 
Hindistanın Qoa ştatında BRICS-in (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) səkkizinci sammiti işə başlayıb.
 
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, sammitdən öncə liderlər birgə şəkil çəkdiriblər.
 
Formal olaraq BRICS liderlərinin birinci görüşü şənbə günü baş tutub. Onlar birgə şam yeməyi yeyiblər. Həmin gün liderlər daha iki dəfə - əvvəlcə Hindistan milli geyimində, daha sonra isə BRICS futbol komandalarının kapitanları ilə kamera qarşısına keçiblər.
 
Bu günkü sammit isə onların üçüncü görüşüdür. Liderlər Taj Exotica otelində dar çərçivədə bir araya gələcək, BRICS-in İşçi Şurasının nümayəndələri ilə görüş keçirəcəklər.  Daha sonra birgə sənədlər imzalanacaq. Bu sənədlər sırasında Qoa deklarasiyası, BRICS-in iş planı, iqtisadi, maliyyə və humanitar əməkdaşlığa dair sənədlər var.