Putin görüşlərdə hansı lideri nə qədər gözlədib? - Video

 
Rusiya Prezidenti Vladimir Putinin dünya ölkələrinin liderləri ilə görüşə nə qədər gecikməyi ilə bağlı reytinq hazırlanıb.
 
Axar.az xəbər verir ki, bu reytinqi “Dojd” televiziyası hazırlayıb. Televiziya Putinin sonuncu dəfə Sankt-Peterburq görüşündə Ərdoğanı 1,34 dəqiqə gözləməsi videosundan ilhamlanaraq bu reytinqi tərtib edib.
 
Axar.az həmi reytinqi təqdim edir:
 
1. Putinin demək olar ki, gözlətmədiyi yeganə lider mərhum Roma Papası II İoahan Pavel olub. O bu görüşə gecikməyib;
 
2. Böyük Britaniya kraliçası II Yelizaveta: Putin bu görüşə 14 dəqiqə gecikib;
 
3. ABŞ Prezidenti Barak Obama: Putin onunla görüşə 40 dəqiqə gecikib;
 
4. Roma Papası Fransisk: Rus lider onun görüşünə 50 dəqiqə gec gəlib;
 
5. Ukrayna Prezidenti Pyotr Poroşenko: Putin Ukrayna liderini 1 saat gözlədib;
 
6. Monqolustan Prezidenti Tsaxiaqiyn Elbeqdorj: Putin görüşə 2 saat gecikib;
 
7. ABŞ Dövlət katibi Con Kerri: Putin onu 3 saat gözlədib;
 
8. Ukraynanın eks-prezident Viktor Yanukoviç: Moskvanın müttəfiqi öz himayədarını 3 saat gözləyib;
 
9. Almaniya kansleri Angela Merkel: Putin onunla görüşə təyin olunan vaxtdan 4 saat sonra gəlib.