Putin dünyanı ordusu ilə hədələdi: “..Qoy hamı eşitsin”

 

 
 
Rusiya ordusunun hansısa ölkəyə hücum edəcəyi barədə fikirlərə prezident Vladimir Putindən cavab gəlib.
 
Turaninfo.az  Rusiya mətbuatına istinadən bildirir ki, Putin ordunun təlim keçdiyini deyərək bunun Qərbdə hücum təhlükəsi kimi qiymətləndirildiyini vurğulayıb. “Bizim ordu heç kəsi təhdid etmir. Bunu bir daha təkrar etmək istəyirəm ki, hamı eşitsin”,- deyə Putin vurğulayıb.
 
Ordunun qabiliyətinin dəfələrlə artdığını deyən Putin qəfil yoxlamaların, təlimlərin artdığını deyib.
 
Bildirib ki, məhz bunlar zaman-zaman hansısa tərəfləri narahat edir: “Hansısa təlim keçiriləndə biz nədənsə heç narahat olmuruq. Ancaq onlar dərhal əsəbləşirlər, nəsə çox qəzəblidirlər”. Rusiyanın heç kəsi təhdid etmədiyini deyən Putin “Biz nə edək? Bizim ərazimiz dünyada ən böyüyüdür, biz öz ölkəmizin, xalqımızın təhlükəsizliyini qorumalıyıq. Bizim ordumuz bunu ən yüksək səviyyədə edir, gələcəkdə də onu inkişaf etdirəcəyik”.

Загрузка...
Загрузка...