Putin Çeçenistanda elə bir səs aldı ki... – Kadırov

Baxış sayı: 
153

Çeçenistanda seçicilərin 93 faizindən çoxu Vladimir Putinə səs verib.
 
Axar.az xəbər verir ki, bunu Qroznıda Krımın Rusiyaya ilhaqının ildönümü ilə bağlı keçirilən mitinqdə Çeçenistan lideri Ramzan Kadırov deyib.
 
“Çeçen xamqına təşəkkür etmək istəyirəm ki, seçkiyə gəldilər, birliyimizi göstərdilər. Bu gün çeçen xalqı öz seçimini etdi, hazırkı məlumata görə, 93 faizdən çox seçici Vladimir Putinə səs verib. çeçen xalqı və şəxsən öz adımdan Prezident Putini təbrik edirəm”, - Kadırov deyib.
 
Qeyd edək ki, hazırkı nəticələrə görə, Çeçenistana qədər Putinin ən çox səs topladığı yerlər Krım (91,7%) və Sevastopol (92%) hesab edilirdi.

Загрузка...
Загрузка...