​Putin canlı yayımda məmuru danladı - Video

 
Rusiya Prezidenti Vladimir Putin Kalininqrad bölgəsində keçirdiyi toplantıda iqtisadiyyat nazirinin müavini Andrey İvanovu danlayıb.
 
Putinin "gömrük rüsumunun rublla hesablanması üçün nə iş görülüb" sualına nazir müavininin "üzərində iş gedir" cavabı birincini əsəbiləşdirib.
 
İvanov qeyd edib ki, ömrük rüsumunun rublla hesablanması üçün bir sıra problemlər var. Putin isə İvanova "bu məsələ bu qədər çətindir? Nə problem var?" deyə sual edib.
 
Nazir müavini isə cavabında "xeyir, cənab prezident, heç bir problem yoxdur" deyincə, Putin "o zaman həll edin" - bildirib.

Загрузка...
Загрузка...