Putin bununla həqiqətən razılaşıb - Peskov

 
Rusiya ATƏT-in polis missiyasının Donetskdə yerləşdirilməsinə etiraz etmir.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov çıxış edib.
 
Peskov ATƏT-in regionda şərtlərinə münasibət bildirməkdən imtina edib.
 
O qeyd edib ki, Moskva ATƏT-in nümayəndələrinin hər-hansı formada regionda yerləşdirilməsinə qarşı çıxmır, ancaq şərtlərlə bağlı suala cavab verə bilməyəcək:
 
"Belə missiyada predmetlər hələ mövcud deyil, amma prezident Putin həqiqətən razılaşıb, o etiraz etməyib və deyib ki, biz belə missiya ilə razılaşmağa hazırıq".