Putin: "Bunu hər kəs eşitsin"

 
Bunu xüsusi olaraq vurğulamaq istəyirəm: Hər kəs eşitsin. Rus ordusu heç kimi təhdid etmir.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Avtodizel zavodunda çıxışı zamanı deyib.
 
Dövlət başçısı qeyd edib ki, ordu ölkənin və vətəndaşların təhlükəsizliyini qorumaq üçündür:
 
“Qəfil hərbi təlimlər zamanı partnyorlarımız narahatlıq keçirirlər. Lakin onlar təlim keçirəndə biz narahatlıq yaşamırıq. Onlar niyə hirslənir? Biz heç kimi təhdid etmirik. Dünyanın ən böyük ərazisinə sahibik. Bunu daha əvvəl də dedim. Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini qorumalıyıq. Ordumuz bunu edəcək gücdədir”.