"Putin bizə dedi: İşinizi görün, arxanızda mən varam"

 
Rusiya Prezidenti Vladimir Putin qapalı iclasda bizdən 3 dəfə problemimizin olub-olmadığını soruşdu.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya-Türkiyə İş Adamları Birliyinin rəhbəri Naki Qaraaslan bildirib.
 
Putinlə keçirilən qapalı iclasdan danışan Qaraaslan görüşün çox isti məcrada keçdiyini qeyd edib:
 
"Cənab Putin bizi çox isti qarşıladı. Qapalı iclasda bizə dedi: "İki dost ölkə öz münasibətlərini üçüncü ölkələrə həvalə etmədən həll edə bilər". Putin 3 dəfə bizlərə baxaraq soruşdu: "Bir probleminiz varmı? Probleminiz olduğu zaman unutmayın, arxanızda mən varam. Bu təminat ilə işlərinizi və sərmayələrinizi görün". Cənab Prezidentimiz də rus iş adamlarına eyni sözləri dedi".