Putin Bakıya gəlmək istədi, amma təxirə saldı

Şənbə günü Rusiya hakimiyyətinə yaxın mənbələrə istinadən virtualaz.org xəbər vermişdi ki, prezident Vladimir Putin Bakıya bir günlük səfər etmək niyyətindədir.
Səfərin mümkünlüyünü o fakt da sübut edirdi ki, Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilmişdi.
Mənbənin bildirdiyinə görə, Putinin səfəri bilavasitə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı idi.
Lakin, viertualaz.org-a Rusiya-Azərbaycan parlamentlərarası qrupdan bildirildiyinə görə, Rusiya prezidenti Vladimir Putin Bakıya səfərini təxirə salıb.
“Söhbət səfərin ləğvindən getmir. Prezident Bakı səfərini sadəcə təxirə salıb”, - virtualaz.org-a belə bildirilib.