Putin Azərbaycanla bağlı bizə xatırladıb ki... - Abdulatip

 
 
Azərbaycan Respublikası bizim üçün xüsusi əhəmiyyətə malikdir, çünki münasibətlərimiz əsrlərlə yoxlanılıb. İndi bizim daha yaxşı, sərfəli ikitərəfli əlaqələrimiz var.
 
Virtualaz.org bildirir ki, bunu Dağıstan rəhbəri Ramazan Abdulatipov 10 noyabrda respublika sakinləri ilə keçirdiyi "Açıq hakimiyyət" adlı tele-görüş zamanı deyib.
 
"Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan arasında əməkdaşlığın əhəmiyyəti haqqında danışarkən xatırladır ki, bizə bu istiqamətdə səyləri gücləndirmək lazımdır. Bunun bariz nümunələrindən biri Dərbəndin yenidən qurulmasıdır, harada ki, Azərbaycan ən aktiv şəkildə iştirak etdi. Mənim İran səfərimdən sonra biz "Yaşıl dəhliz" layihəsinin iştirakçısı olduq, hansı ki, malların İran tərəfə və geri hərəkətini təmin edəcək ", - Abdulatipov vurğulayıb.