Putin: “Artıq özüm-özümü bezdirirəm” - Video

 
Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyev Vahid Rusiya Partiyasının qərargahına yollanıb.
 
Axar.az xəbər verir ki, Putin seçkinin keçirilməsinə nəzarət edən əməkdaşlar qarşısında çıxış edib:
 
“İnsanlar əsl vətəndaş mövqeyi göstəriblər. Biz bilirik ki, insanlar elə də yaxşı yaşamır, problemlər çoxdur, amma nəticələr necə varsa, elədi. Mən əminliklə deyə bilərəm ki, Vahid Rusiya Partiyası çoxluğu əldə edib”.
 
Putin çıxışı zamanı zarafatından da qalmayıb. Prezident bildirib ki, Rusiya vətəndaşlarına seçkilərə getmək üçün çağırışının videoyazısına baxıb.
 
“Xəbərlərə bir dəfə baxdım, iki dəfə baxdım və sonra fikirləşdim, məni ekranlardan yığışdırmaq lazımdır. Artıq özüm özümü bezdirirəm”, - Putin gülərək deyib.