Putinə alman dili dərsi keçən yəhidi müəllimə öldü - FOTO

 
Turaninfo TASS-a istinadən xəbər verir ki, Putinin alman dili müəllimi 97 yaşında İsraildə vəfat edib.
 
60-cı illərdə Leninqradın 281 nömrəli orta məktəbində Rusiya prezidenti Vladimir Putinə alman dili dərsini keçən Mina Moiseyevna Yuditskaya İsraildə 97 yaşında vəfat edib. Pedaqoq 7 dekabrda dəfn edilib.
 
Yuditskaya 1973-cü ildə İsrailə mühacirətə gedib. 2005-ci ildə İsrailə rəsmi səfərə gedən Vladimir Putin müəlliməsi ilə görüşür və bundan sonra həmişə əlaqə saxlayıb, ona hədiyyələr göndərib.

Загрузка...
Загрузка...