Putin ad gününü belə keçirəcək – Peskov açıqladı

 
Rusiya Prezidenti Vladimir Putin doğum gününü qohumlarının və dostlarının əhatəsində qeyd edəcək.
 
Axar.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, sabaha heç bir ictimai tədbir planlaşdırılmayıb:
 
“Əlbəttə ki, dünyanın müxtəlif ölkələrindən prezidentə təbrik zəngləri və məktubları gələcək. Həmişə olduğu kimi bəzi siyasi müzakirələrin aparılacağı istisna edilmir”.