​Putin açıq müharibəyə başlamayacaq – İKİ SƏBƏB

 
Rusiya prezidenti Vladimir Putin Qərbdəki maliyyə hesablarını itirmək qorxusu və beynəlxalq məhkəmə təhlükəsi ilə əlaqədar Ukrayna ilə açıq müharibəyə başlamaq barədə qərar verməyəcək.
Publika.az xəbər verir ki, bunu “Obozrevatel” teleradio şirkətinin efirində hərbi ekspert Oleq Jdanov söyləyib.
Onun sözlərinə görə, Rusiya nəzəri olaraq Donbasda aviasiyadan istifadəyə dair qərar verə bilər, ancaq bir sıra amillər belə variantı istisna edir.
“Əgər Ukrayna Putinin nəzarətindən çıxacaqsa, o halda aviasiyadan istifadə edə bilər. Amma mən bunun üçün ilkin şərtlər görmürəm. Axı Rusiya elitası, oliqarxiya qrupları və qruplaşmaların Qərbdə pulu var. Bundan başqa, Putinin həmçinin haradasa pul var. Buna görə də ümumiyyətlə Ukraynaya qarşı açıq müharibəni istisna edirəm. “Sürünən müharibə” və ya “hibrid müharibə”, həmçinin münaqişənin eskalasiyası tamamilə mümkündür. Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynadakı hərəkətlərini silahlı konflikt adlandırdı. BMT də silahlı konflikt adlandırdı. ABŞ Ukraynanın ərazi müstəqilliyinin müdafiəsi haqqında qanunu qəbul edir və burada “Rusiyanın işğal qoşunları” ifadəsini yazır”, - deyə ekspert vurğulayıb.

Загрузка...
Загрузка...