​Putinə 53 milyardlıq tələb: Azərbaycanın sərhədində yeni dövlət yaranır?

 
Rusiya Federasiyası Dövlət Duması ikinci oxunuşda Çeçenistan Respublikası üçün maliyyə yardımının xüsusi növünün tətbiq olunmasını və on milyardlarla rubl dotasiyanın verilməsini təsdiq edib.
 
Publika.az xəbər verir ki, Çeçenistana bu qədər maliyyə yardımı ayrılması mübahisələrə səbəb olub.
 
Çeçenistanın rəhbəri Ramzan Kadırov noyabrın 1-də regional büdcə müşavirəsində bildirmişdi ki, federal mərkəzin Qroznıya verdiyi pay qəbuledilməzdir. Həmçinin, qeyd etdi ki, məktəblər, xəstəxanalar tikməli, iqtisadiyyatın əsas istiqamətlərini inkişaf etdirməlidir və bunun üçün pul lazımdır.
 
Həmin vaxt subyektlərə büdcədən pay ayrılması prosesi başlanmamışdı. Vəziyyət dekabrın başlanğıcında aydınlaşdı: Dövlət Duması federal büdcəni ikinci oxunuşa çıxardaraq, düzəlişlərlə birgə qəbul etdi. Adətən ikinci oxunuşda son layihə qəbul edilir. Təsdiq olunmuş büdcə layihəsində Çeçenistan üçün əlavə 16,4 milyard rubl ayrılıb. Hansı ki, hər subyekt üçün 24 milyard rubl nəzərdə tutulur. Çeçenlər isə nəzərdə tutulandan əlavə 16,4 milyard rubl alacaqlar. Çeçenistandan başqa əlavə güzəştlər Krım üçün də nəzərdə tutulur. 2017-ci ildə Çeçenistana ayrılan pulun ümumi həcmi 40,4 milyard rubl, Krıma isə 37 milyard rubldur.
 
 
Lakin çeçenlər bununla da qane olmurlar və ayrılan pulun az olduğunu hesab edirlər. Çeçenistan Maliyyə Nazirliyinin departament rəhbəri Zaur Dukayev deyir ki, bu məbləğ nəzərdə tutulan işlərə çatmayacaq. O, ümumilikdə 53 milyard rubla ehtiyaclarının olduğunu deyib.
 
Maraqlıdır ki, Ramzan Kadırov beş il öncə büdcədən ayrılan pullara etiraz etməz və “Allah yetirir” deyərdi. Halbuki, 2000-2007-ci ildə Çeçenistana 53 milyard rubl, sonrakı illərdə isə 98 milyard rubl pul ayrılmışdı.
 
“Lenta.ru” yazır ki, çeçenlər daim Moskvadan pul istəyir. Bu pulların hara xərcləndiyi isə müəmmalıdır. Misal üçün, Qroznı hava limanı Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən tamamilə bərpa olunub.
 
 
“Kommersant” nəşri isə yazır ki, hazırda hava limanının uçuş zolağının təmiri üçün 7 milyard rubl tələb edirlər.
 
2013-cü ildə isə Ramzan Kadırov baş nazir Dmitri Medvedevdən ərazilərin minalardan təmizlənməsi üçün 10 milyard rubldan 50 milyard rubla qədər əlavə vəsait xahiş etmişdi. Bu il o, Çeçenistanın turizminin inkişafı üçün 18,6 milyard rubl pul istəyirdi.
 
Çeçenistan rəhbərliyinin respublikada həyata keçirilən layihələri xarici şirkətlərə verməsi də mübahisələrə yol açır. Misal üçün, iqtisadiyyatda yeni texnologiyaların tətbiqi üçün hazırda İsveç şirkəti ilə danışıqlar aparılır. Bu isə qənaətcil hesab olunmur.
 
Dotasiyalar haqqında danışan Kadırov deyir: “Bu təbiidir. Çünki Çeçenistan Respublikasının real statusu olduqca spesifikdir”.
 
Politoloq Pavel Svyatenkov izah edir ki, Çeçenistanın digər subyektlərdən statusu daha yuxarı tutulur: “Bu, qeyri-rəsmi olsa da belədir. Onun rəhbəri də digər regionların rəhbərlərindən yüksək status daşıyır”.
 
Digər politoloq Konstantin Kalaçev hesab edir ki, mərkəzi hakimiyyət Çeçenistanın qarşısında maliyyə məsələsində geri çəkildi. Onun fikrincə, bu, gələcək üçün təhlükəlidir.
 
Ekspertlərə görə, Çeçenistanın addımları onun iqtisadi müstəqilliyə can atdığına dair fikirlər yaradır. Bu isə mənfi tendensiyalara yol açır. Belə ki, digər subyektlər də eyni addımı atmğa cəhdlər edə bilərlər. Belə vəziyyət faktiki olaraq Rusiyanın parçalanmasına gətirib çıxara bilər.

Загрузка...
Загрузка...