Puşkov: 'Klinton Trampa cavab verə bilməzdi

Hillari Klintonun Donald Trampa verməyə cavabı yoxdur.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov öz Tvitter hesabında yazıb.
 
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın Tvitter səhifəsində keçmiş dövlət katibi Hillari Klintonla bağlı paylaşdığı videoya rəy verən Puşkov Klintonun deməyə sözü olmadığını iddia edib:
 
“Klinton Trampa cavab verə bilməzdi. Buna görə də milyarderə öz Tvitter profilini tamamilə silməyi təklif etdi. Klintonun bu cavabı son dərəcə tutarsızdır”.
 
Xatırladaq ki, dünən Donald Tramp ABŞ Prezidenti Barak Obamanın ötən prezident seçkisinin ilkin mərhələsində rəqibi olan Klinton haqqında “o, seçilmək üçün hər şeyə gedər” sözlərinin yer aldığı köhnə videonu öz Tvitter hesabından paylaşıb.