​Pulsuzluqdan yaşaya bilməyən Bakı sakini polisə müraciət etdi - "Məni həbs edin" (Fotolar)

Pulsuzluqdan yaşaya bilməyən Bakı sakini polisə müraciət etdi Dolların bahalaşmasının gətirdiyi iqtisadi çətinlik artıq müxtəlif formalarda cəmiyyətdə təzahür edir
 
Kəskin qiymət artımı hər kəsin büdcəsinə təsir etməklə həyat şəraitini bir qədər də çətinləşdirir.
 
Artıq gündəlik olaraq insanların bu vəziyyətdən şikayətlənməsinə öyrəşmişik.
 
Lakin bu gün qarşılaşdığımız şikayət kifayət qədər fərqli formada oldu.
 
Belə ki, Facebook sosial şəbəkəsində istifadəçilərədən biri ərizə ilə polisə şikayət edəcəyini bildirib.
 
Teymur Kərim adlı həmin şəxs polisə yazdığı ərizənin fotosunu da çəkərək Facebookda paylaşıb.
 
Ərizədə son bahalaşmadan sonra yaşamağın çətin olduğunu, aldığı maaşla ailəsini dolandıra bilmədiyini və yaşamaq üçün ən gözəl yerin həbsxana olduğunu qeyd edərək polisdən onu həbs etməsini xahiş edən bu şəxsin paylaşımı hər kəsin marağına səbəb olub.
 
Turaninfo.az faktor.az-a istinadən sözügedən paylaşımı təqdim edir: