Pul qazanmağın ən çirkin üsullarının bilicisi - Corc Soros kimdir?

 
 
Corc Soros dünyanın ən zəngin adamlarından biridir. Lakin başqa zəngin insanlardan onu fərqləndirən bir çox cəhətlər var. Bu adam pul qazanmağın ən çirkin üsullarından istıfadə etməkdən heç vaxt çəkinmir. O müxtəlif maliyyə fırıldaqlarını çox böyük məharətlə həyata keçirə biliir. Xərclədiyi milyardlarla vəsaitlərin isə xeyriyyəçiliklə heç bir əlaqəsi olmur. Bu xərclər bir qayda olaraq ona yaxın və uzaq perspektivdə daha çox qazanc gətirmək üçün edilir. C.Soros məmnuniyyətlə başqa ölkələrin daxili işlərinə müdaxilə edib, orada öz istəklərini reallaşdırmağa çalışır. O, narıncı inqilablar təşkil edib, onları maliyyələşdirməklə ilk baxışda inqilab edilən ölkədə demokratik dəyərlərin bərqərar olunması məqsədlərini reallaşdırır. Əslində isə onu heç bir demokratik dəyər maraqlandırmır. O, sadəcə bu yolla müxtəlif ölkələr üçün nəzərdə tutduğu proqramları reallaşdıraraq, böyük məbləğdə maliyyə resursları əldə edir.
 
C.Sorosun marixuana istehsalına və narkotik maddələrin satışına yenilik gətirmək təşəbbüsləri də çox maraqlıdır. O, geni dəyişdirilmiş marixuana istehsalını və narkotiklərin satışını leqallaşdırmağı təklif edir ki, bu təkliflərin reallaşdırılması ona milyardlarla dollar əlavə qazanc gətirə bilər. İngilislər Corc Sorosu heç sevmirlər və on nifrət edirlər desək yanılmarıq. 1992-ci ilin 16 sentyabr qara çərşənbə günü onların yadından heç vaxt çıxmayacaq. Həmən gün Corc Sorosun “Kvantum” fondu bir gündə bazara 5 milyard funt-sterlinq çıxararaq, onun müqabilində 15 milyard alman markası aldı. Bu maliyyə əməliyyatı İngilis funt-sterlinqinin kəskin ucuzlaşmasına səbəb oldu. Əvəzində C.Soros bu əməliyyatdan qısa bir vaxtda 1,5 milyrd dollar qazanc əldə edə bildi. Corc Sorosun sərgüzəştləri bunlarla bitmir. O, Macarıstan, İsrail, Avstrya, Ukrayna, Rusiya və bir çox digər ölkələrdə belə çirkin əməllərlə məşğuldur. Bu adam bəşəriyyəti zəhərləməkdən də çəkinmir. Geni dəyişdirilmiş məhsulların istehsalını stimullaşdırmaqla əlavə milyardlarla dollar qazanc əldə edə bilir. O, hətta bu gün vətəndaşı olduğu Amerika Birləşmiş Ştatlarında da sabitliyin pozulması üçün əlindən gələni edir. 2014-cü idə ABŞ-n Missuri ştatının Ferqyuson şəhərciyində qara dərili bir gəncin polisin əmrinə tabe olmadıqdan sonra güllələnərək öldürülməsi ilə başlanan etiraz hərəkatı bütün Amerikanı bürüdü. Sonradan bu etiraz hərəkatının məhz C.Sorosun rəhbərlik etdiyi təşkilatlr tərəfindən maliyyələşdirildiyi bəlli oldu.
 
Belə çıxır ki, bu adam üçün müqəddəs heç nə yoxdur. Onu yalnız öz maraqları düşündürür. Elə bu səbəbdəndir ki, bu ilin əvvəlində 15 mindən çox amerika vətəndaşı prezident Donald Trampın adına ünvanlanmış petisiyanı imzalayaraq, Corc Sorosu vətəndaşlıqdan məhrum tməklə onun ölkəyə gəlməsinə qadağan qoyulmasını xahiş etmişdilər. Həmən müraciətdə amerika vətəndaşları C. Sorosu ABŞ-dakı etiraz aksiyalarında və qiyamlarda iştirak üçün adamları pulla ələ almaqda, ölkə iqtisadiyyatını qeyri-sabitliyə və müflüs olmağa sürükləyən hərəkətlərə yol verməkdə günahlandıraraq prezidentdən onun həbsinə dair order imzalamağı xahiş etmişdilər. Corc Sorosun öz ölkəsində və dünyanın əksər ölkələrində sevilə bilməməsinin qısa səbəbləri bunlardan ibarətdir.
 
Fikrət Yusifov,
keçmiş maliyyə naziri, iqtisadçı alim, professor

Загрузка...
Загрузка...