Publika.az-ın xəbəri təsdiqləndi: Ermənistan vətəndaşı Azərbaycana gəldi və... - RƏSMİ

 
Azərbaycana keçmək istəyən erməni saxlanılıb.
 
Bu barədə Publika.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
 
Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.
 
İctimaiyyətə əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, bu barədə ilk olaraq biz məlumat yaymışdıq. Dövlət Komissiyasının bu məlumatı ilə xəbərimiz təsdiqini tapdı. (http://publika.az/p/146455)