​Prokuror sosial şəbəkəyə görə bacısını bıçaqlayana15 il həbs istədi

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki,  hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
O, Ramil Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Sonra təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.
 
Proses dekabrın 14-də davam edəcək.
 
Cinayət hadisəsi Bakının Suraxanı rayonunda Bülbülə qəsəbəsində qeydə alınıb. 36 yaşlı Ramil Əhmədovun 25 yaşlı bacısı Ramilə Əhmədovanı bıçaqlayıb. O, buna səbəb kimi bacısının sosial şəbəkədən istifadə etməsini göstərib. Ramil bacısına çoxsaylı zərbələr endirib. 
 
Yaralı xəstəxanaya gətirilib və dərhal əməliyyat olunub. Onun həyatını xilas etmək mümkün olub. Həkimlər Ramilə Əhmədova da 10-a yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər.
 
Hadisədən sonra Ramil Əhmədov Daxili İşlər Nazirliyinin “102 Zəng mərkəzi”nə məlumat verərək bacısını bıçaqlandığını deyib. 31-ci polis bölməsinin əməkdaşları Ramil Əhmədovu saxlayaraq istintaqa təhvil veriblər.

Загрузка...
Загрузка...